Friday, 30 March 2012

Gamsız (Gece)



Bildiyiniz kimi, aprelin 14-ü Türkiyənin məşhur "Duman" rok qrupu Bakıya gəlir. Əminəm ki, maraqlı olacaq. Amma postumda məqsəd başqadı.

Türkiyədə yeni və çox yaxşı qruplar yaranıb ki, "Duman"ı asanlıqla əvəz edə bilər. Üstəlik bunların konsertinə bilet də ucuz olur Türkiyədə. Həm də light rok gedirlər deyə, adam çox yorulmur konsertlərdə. Bu qrup, yəni "Gecə" qrupu sevimlilərimdəndir.

Bu qrupu rəsmən kimsə "kəşf edib"! İlk bu mahnıların (yuxarıdakı) eşitmişəm. "Ben öldüm", "Yarım" və digər mahnıları superdi.

Nəysə, məsləhət də olmasın, bu yaxşıdı, dinleyin. "Afiyet olsun" ))))

Saturday, 21 January 2012

Filosofun oyuncaq ayı alması



Tanıdığınız bir filosofun oyuncaq mağazasında oyuncaq almasını təsəvvür edirsiniz?

Yox, əslində, qəribə heç nə yoxdur, uşaq üçün aldığını düşünmək də olar, amma kimi aldatsan da Seymur Baycanı üz-üzə durub aldatmaq çətin məsələdi. Hadisəni nəql edim.

Elminlə 28 Maydan deyəsən AFU-ya gəlirdik(əksinə də ola bilər). Gördük qabaqdan Seymur gəlir, özü də dodaqaltı gülür nəyəsə.

Sən demə, Seymur gələndə görüb ki,yaxşı tanıdığımız bir filosof oyuncaq dükanında üstündə çoxlu ürəkli-mürəkli bir ayı alır. Bu da eləmə tənbəllik başlayıb yazıq filosofu sorğu-suala, məlum olub ki, bunu sevgilisinə alırmış. Seymur da sağollaşıb və yoluna davam edib. İndi də gülümsünür ki, bu ölkənin filosofuna bax, ondakı həvəsə bax, işinə-gücünə bax.

Ümumiyyətlə, əksər filosoflarda dəlilik həddində komplekssizlik olur. Məsələn, hansı Azərbaycanlı elm adamı göstərə bilərsiniz ki, Enşteyn kimi dil çıxaran yerdə şəkli olsun? Yaxşı tutaq ki, Sovet dövründə "qeyri-azad" idilər, indi ki etmə imkanı var.

Amma bizdə yazıçı da, müğənni də,filosof da özünü son dərəcə ciddi aparır. Seymuru belə vəziyyətdə görsəm, təəccüblənmərəm, amma o adamı düşünəndə gülməkdən özümü saxlaya bilmirəm.

İndi mən harda oyuncaq ayı görsəm, o filosofu xatırlayıram.

Bir sözlə, Seymurun dilinə düşməkdənsə, Liderdə porno videon çıxsa yaxşıdı!