
Tanıdığınız bir filosofun oyuncaq mağazasında oyuncaq almasını təsəvvür edirsiniz?
Yox, əslində, qəribə heç nə yoxdur, uşaq üçün aldığını düşünmək də olar, amma kimi aldatsan da Seymur Baycanı üz-üzə durub aldatmaq çətin məsələdi. Hadisəni nəql edim.
Elminlə 28 Maydan deyəsən AFU-ya gəlirdik(əksinə də ola bilər). Gördük qabaqdan Seymur gəlir, özü də dodaqaltı gülür nəyəsə.
Sən demə, Seymur gələndə görüb ki,yaxşı tanıdığımız bir filosof oyuncaq dükanında üstündə çoxlu ürəkli-mürəkli bir ayı alır. Bu da eləmə tənbəllik başlayıb yazıq filosofu sorğu-suala, məlum olub ki, bunu sevgilisinə alırmış. Seymur da sağollaşıb və yoluna davam edib. İndi də gülümsünür ki, bu ölkənin filosofuna bax, ondakı həvəsə bax, işinə-gücünə bax.
Ümumiyyətlə, əksər filosoflarda dəlilik həddində komplekssizlik olur. Məsələn, hansı Azərbaycanlı elm adamı göstərə bilərsiniz ki, Enşteyn kimi dil çıxaran yerdə şəkli olsun? Yaxşı tutaq ki, Sovet dövründə "qeyri-azad" idilər, indi ki etmə imkanı var.
Amma bizdə yazıçı da, müğənni də,filosof da özünü son dərəcə ciddi aparır. Seymuru belə vəziyyətdə görsəm, təəccüblənmərəm, amma o adamı düşünəndə gülməkdən özümü saxlaya bilmirəm.
İndi mən harda oyuncaq ayı görsəm, o filosofu xatırlayıram.
Bir sözlə, Seymurun dilinə düşməkdənsə, Liderdə porno videon çıxsa yaxşıdı!
Twitter
Facebook
Digg
Delicious
Stumble
0 comments:
Post a Comment