Tuesday, 29 November 2011

Çarələşmək

Mən lüks həyata meyilli insan deyiləm, hec diqqət mərkəzində olmağı da sevmirəm. Araşdırmalara görə, Apple istifadəçilərinin əksəriyyəti lüks həyatı sevən, özünə-əmin, diqqət mərkəzində olmağı sevən olurlar.

Mən deməzdim bu xüsusiyyətlərdən hansısa məndə var, amma iPad istifadəçisiyəm. iPadi sadəcə yenilik üçün almışam desəm, yalan olmaz. Məsələn, səhər yuxudan duranda ilk iPadi açıram, xəbərləri oxuyuram, eşələnirəm biraz, dərsə getməyə hazırlaşmağım youtube-dakı mahnilardan birinin sədaları altında olur mütləq.

Artıq Azercell, Bakcellə də 3G verildiyindən rahatca internetdən istifadə edə bilirəm hər yerdə. Xüsusən universitetdə, yolda gedəndə internetə girmək ləzzət edir.

Bu gün yolda iPadda İELTS speaking topicimi oxuya oxuya gedirdim, gördüm bir oğlan gözünü bərk zilləyib mənə. əvvəl qorxdum ki, adamın əlindən alıb qaçıb eliyər, di gəl indi dalınca düşüb ipad istəyəsən də. Gördüm yox, xeyli mədəni şəkildə yaxınlaşdı, maraqlandı, mən də cavablandırdım və yoluma davam etdim.

Hələ siz bir az yaxşı müəllimlərin reaksiyasın görəsiniz. Tələbənin əşyasına maraq göstərmək bir az qəribədir müəllim üçün. Bəziləri heç özünə sığışdırmır, amma içindəki maraq vadar edir ki, bir-iki sual versin onun haqda.

Nəysə. Peşman oldum onu zalda charge etməyə. Atam gəldi əvvəl o hamını bezdirən "TOM and BEN"i açdı, sonra Youtubeda rus mahnılarına qulaq asdı falan filan, bir də gördüm dedi ki, gedirəm yatım, bir az da mahnıya qulaq asacam bunda. Uleeeyn, o gedən gedib. Təsəvvür edin ki, saat 12den iPadda "mahnıya qulaq asan" saat 3un yarisi olub hələ də "mahnıya qulaq asır"...

Adam bilmir, neynir o orda. Gedib əlindən ala da bilmirsən.

Kaş ki battery de az olaydı. O tərəfdən də bəxtim gətirməyib, ən azı 65% var. o da sabaha qədər işlətsən də bitməz.

Çarəsizlikdən bilmirəm nə edim. Çarələşmək istəyirəm.

0 comments:

Post a Comment