Tuesday, 29 November 2011

Çarələşmək

Mən lüks həyata meyilli insan deyiləm, hec diqqət mərkəzində olmağı da sevmirəm. Araşdırmalara görə, Apple istifadəçilərinin əksəriyyəti lüks həyatı sevən, özünə-əmin, diqqət mərkəzində olmağı sevən olurlar.

Mən deməzdim bu xüsusiyyətlərdən hansısa məndə var, amma iPad istifadəçisiyəm. iPadi sadəcə yenilik üçün almışam desəm, yalan olmaz. Məsələn, səhər yuxudan duranda ilk iPadi açıram, xəbərləri oxuyuram, eşələnirəm biraz, dərsə getməyə hazırlaşmağım youtube-dakı mahnilardan birinin sədaları altında olur mütləq.

Artıq Azercell, Bakcellə də 3G verildiyindən rahatca internetdən istifadə edə bilirəm hər yerdə. Xüsusən universitetdə, yolda gedəndə internetə girmək ləzzət edir.

Bu gün yolda iPadda İELTS speaking topicimi oxuya oxuya gedirdim, gördüm bir oğlan gözünü bərk zilləyib mənə. əvvəl qorxdum ki, adamın əlindən alıb qaçıb eliyər, di gəl indi dalınca düşüb ipad istəyəsən də. Gördüm yox, xeyli mədəni şəkildə yaxınlaşdı, maraqlandı, mən də cavablandırdım və yoluma davam etdim.

Hələ siz bir az yaxşı müəllimlərin reaksiyasın görəsiniz. Tələbənin əşyasına maraq göstərmək bir az qəribədir müəllim üçün. Bəziləri heç özünə sığışdırmır, amma içindəki maraq vadar edir ki, bir-iki sual versin onun haqda.

Nəysə. Peşman oldum onu zalda charge etməyə. Atam gəldi əvvəl o hamını bezdirən "TOM and BEN"i açdı, sonra Youtubeda rus mahnılarına qulaq asdı falan filan, bir də gördüm dedi ki, gedirəm yatım, bir az da mahnıya qulaq asacam bunda. Uleeeyn, o gedən gedib. Təsəvvür edin ki, saat 12den iPadda "mahnıya qulaq asan" saat 3un yarisi olub hələ də "mahnıya qulaq asır"...

Adam bilmir, neynir o orda. Gedib əlindən ala da bilmirsən.

Kaş ki battery de az olaydı. O tərəfdən də bəxtim gətirməyib, ən azı 65% var. o da sabaha qədər işlətsən də bitməz.

Çarəsizlikdən bilmirəm nə edim. Çarələşmək istəyirəm.

Friday, 16 September 2011

Mənə yazılan ən gözəl şeir!


Elmin Həsənli

qabağımdakı dadsız “Əfsanə” pivəsini
duzla içirəm
dodaqlarıma, dilimə duz dəysin
“Youtube”da bir mahnı axtarıram
Xoşuma gələn bir mahnı...
ancaq heç biri yadıma düşmür...
yoxluğun belə bir şeydir deyəsən
adamın sevdiyi mahnılar da yadından çıxır
hər şey təsirini sıfıra endirir
40 dərəcə günəş adamın vecinə olmur
hələ mətbəxtə üst-üstə yığılmış qabları demirəm...
bu adi şeydir
hər nə alıramsa saxta çıxır
soyuducu suyu dondurmur
sənsiz hər şey təsirini sıfırlamış
baloğlanla teoman arasında bir fərq görmək olmur
başımı yastığa dayayıb
gözlərimi tavana zilləyirəm
özümü bütün yalnız adamlara oxşatmaq istəyirəm
ancaq gözümdən yaş çıxmır
bilmirəm
adam tək olanda neyləməlidi
siqaret də təzyiqimi qaldırır
taqətdən düşürəm
sənsizlik belə bir şey
bir tablosu da yox
kiminlə savaşım
kimin mesajları bezdirsin məni
turşumuş mayonezli sendviçləri kiminlə bölüşdürüm
nəysə
çox uzatdım
gəl çıx

Friday, 9 September 2011

Ballı

Blog yazmaq çox maraqlı hissdir. Ele bil öz şexsi evin var, istediyin kimi boyamisan, istediyin eşyaları yerleşdirmisen. Her şey sene aiddir.

Çox yaxşıdır. Bu, sabahkı günün şenbe olduğunu bilmek qeder xoşdur. İnsana sevinc getirir.

iPadlayam, yazımda hiss olunur yeqin. Notebookla olsaydim, Sezen Aksunun yeni mahnılarından birini paylaşardim. Meselen, Balli mahnisini.

Sevgilim İskender!

En sevdiyim türk şairlerinden biri küçük İskenderdir.

İskender tamam ayrı bir insandır, tamam ferqlidir. Onun dünyaya baxışı, onun tesirlendiyi şeyler çox daha ferqlidir.

Meselen, İskenderin bu yaxinlarda tenqidçiler Semih Gümüş ve Ömer Türkeş ile birlikde bir görüş kecirib. Görüşden maraqlı bir nece meqamı paylaşmaq isteyirem:

"Bir seferinde Taksim’e doğru yürürken bir kedi ölüsü gördüm. Çevresine toplanan köpekler kediyi kokluyorlardı. Ama çok mutsuzlardı. Onları “düşman” diye algılıyoruz ama aslında oyun arkadaşları ölmüştü. Kedi ölürse, köpekler oyun arkadaşını kaybeder. Hayatın içine yayılmış bu cilveyi hissetmeye başlayınca hem mutsuz oldum hem kafam açıldı. Şairlerin romancılardan ayrıldığı en önemli nokta bu; kafalarının açılması. Algı açıldıkça şiir de hayat da zorlaşıyor.”

Bu insanı sevmeye davam edirem. Adi bir sehneden ne anlamlar çıxarır.

İskender çox hissiyyatlıdır, o, sizin, menim yanından ötüb keçdiyimiz şeylere daha çox diqqet yetirir.

Bezen İskendere “Benzer şiirlerin şairi” deyirler. Bezen mene de ele gelir ki, İskender tekrarcidi. sevdiyim Okan Bayülgenin de artıq özunu tekrarladigini dusunurem, bezen Teomanin da. Hetta Teomanin son albomunu yazdim, musiqini buraxdı deye heç dinlemedim de. Çünki o dedi ki, menim daha deyilecek sozum, anladilacaq hekayem qalmayib. Eger anladicalaq heç neyi yoxdursa, demek son albom da heçnedir.

He, İskender ise tekrarçılıq iddialarinin qarşında eyilmir, eksine hamini günahkar çıxarır. Buna deyerem, möhkem insan!

“Bunu yapıyorsak halk anlamamış demektir, ben de anlatamamışımdır. ‘Seni seviyorum’ dediğimde anlatamadıysam, yine söylerim. O yüzden dönüp dolaşıp aşk şiirleri, sol şiirler yazıyoruz. Çünkü halk da bunu kabul etmiyor, öğrenmiyor. Yaşadığımız ülkenin koşulları bunu gerektiriyor. Bazen yönetmenler için de söyleniyor, ‘filmleri hep aynı’ deniyor. Dünya algılasa adam ya yeni bir şey çekecek ya da film çekmeyi bırakacak belki… Kısacası farklı üsluplarla da olsa aynı şeyi söylüyorsam derdime derman bulamamışım, sıkıntım geçmemiş demektir”.

Mence, tekrarciliq demek sadece şadligından şitlik etmekdir. Çünki tekrarçı dediyimiz insanlardan ekseriyyeti sağdır. Men şexsen Cemal Süreyyanın, Can Yücelin tekrarçılıqlarını hiss etmemisem. Ona göre ki, onların şeirleri artıq elenib bu gune gelib. Yeni heçne yoxdur. Amma İskender günde bir şeir yazır, bezileri tekrar olur, bezileri yeni. Zamanla onlar elenecek, daha yaxşıları tarixde qalacaq. Onda demeyecekler, İskender tekrarçıdır.

Neyse.

Çox uzun ve cansıxıcı yazı oldu. Sadece İskenderi sevdiyimi demek isteyirdim.

Thursday, 1 September 2011

Yeni blog




Ilk postum olaraq oxucularıma bu mahnını hədiyyə etmək və qırmızı lenti bu mahnı sədaları altında kəsmək istəyirəm, izninizlə.

Bundan əvvəlki bloqumu rəhmətlik Emi Uaynhausun mahnısı ilə siftə etmişdim. O vaxt hələ sağ idi.

Hansısa əliqurumuş blogumu bağlamasaydı, indiyəcən yazacaqdım. Bloqumun bağlanması məni çox həvəsdən saldı və yazmaq istəmədim.

Amma yazmaq yaxşı şeydir. Çünki arada ağlıma bəzi şeylər gəlir, onu Facebookda bir-iki dostumun `like`ına qurban verməyim gəlmir. Həm də sanki fikir `urvatsızlaşır`.

FB-dən söz düşmüşkən, orda ən çox bəyəndiyim Erkin Qədirlinin statuslarıdır. Çox gözəl söz oyunu qurur. Erkin bəyin blogunu tez-tez təzələməsini istərdim.

Qayıdaq mahnıya!

Bu mahnı mənə dəhşət enerji verir. İşləmək, sevmək, uğur qazanmaq, kiməsə yardım etmək keçir içimdən.

Elminlə çox küsüb-barışdığımız vaxtlarımızda, iki il əvvəl yəni, Pinhaninin bir mahnısını göndərmişdim. Zəng vurmağa çəkinirdim.

Ammma mahnı işə yaradı. Barışdıq. Mahnının mənə gətirdiyi "işləmək, sevmək, uğur qazanmaq, kiməsə yardım etmək" istəyi məncə Elminlə barışdığımız vaxt keçirdiyim hisslərdi.

Hər dəfə dinləyəndə, yenə o hisləri yaşayıram.

Nəysə, Elmin haqda qarşıda zatən çox yazacam :)

Hələliksə, mahnının və mənim sağlığına!