Thursday, 1 September 2011

Yeni blog




Ilk postum olaraq oxucularıma bu mahnını hədiyyə etmək və qırmızı lenti bu mahnı sədaları altında kəsmək istəyirəm, izninizlə.

Bundan əvvəlki bloqumu rəhmətlik Emi Uaynhausun mahnısı ilə siftə etmişdim. O vaxt hələ sağ idi.

Hansısa əliqurumuş blogumu bağlamasaydı, indiyəcən yazacaqdım. Bloqumun bağlanması məni çox həvəsdən saldı və yazmaq istəmədim.

Amma yazmaq yaxşı şeydir. Çünki arada ağlıma bəzi şeylər gəlir, onu Facebookda bir-iki dostumun `like`ına qurban verməyim gəlmir. Həm də sanki fikir `urvatsızlaşır`.

FB-dən söz düşmüşkən, orda ən çox bəyəndiyim Erkin Qədirlinin statuslarıdır. Çox gözəl söz oyunu qurur. Erkin bəyin blogunu tez-tez təzələməsini istərdim.

Qayıdaq mahnıya!

Bu mahnı mənə dəhşət enerji verir. İşləmək, sevmək, uğur qazanmaq, kiməsə yardım etmək keçir içimdən.

Elminlə çox küsüb-barışdığımız vaxtlarımızda, iki il əvvəl yəni, Pinhaninin bir mahnısını göndərmişdim. Zəng vurmağa çəkinirdim.

Ammma mahnı işə yaradı. Barışdıq. Mahnının mənə gətirdiyi "işləmək, sevmək, uğur qazanmaq, kiməsə yardım etmək" istəyi məncə Elminlə barışdığımız vaxt keçirdiyim hisslərdi.

Hər dəfə dinləyəndə, yenə o hisləri yaşayıram.

Nəysə, Elmin haqda qarşıda zatən çox yazacam :)

Hələliksə, mahnının və mənim sağlığına!


0 comments:

Post a Comment